Rusiya məhkəməsi TƏKZİB ETDİ: Azərbaycanlı iş adamı hələ də həbsdədir

Rusiya məhkəməsi TƏKZİB ETDİ: Azərbaycanlı iş adamı hələ də həbsdədir

Hazırda oxunan: Rusiya məhkəməsi TƏKZİB ETDİ: Azərbaycanlı iş adamı hələ də həbsdədir

577515

Xəbər verdiyimiz kimi Voronej şəhərində saxlanılan Azərbaycan diasporunun rəhbəri və "Alekseyevski” bazarının sahibi Yusif Rəsul oğlu Xəlilovun bir neçə gün öncə azad edildiyinə dair məlumatlar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Rusiya Voronejdə saxlanılan Azərbaycan diasporunun rəhbərini AZAD ETDİ


Bizim.Media xəbər verir ki, Rusiya məhkəməsi Xəlilovun azad edilməsinə dair məlumatları təkzib edib.

Bildirilib ki, azərbaycanlı iş adamı Yusif Xəlilov barəsindəki həbs qətimkan tədbiri 13 oktyabrda uzadılıb, o, ən azı 15 dekabradək həbsdə qalacaq.

Məhkəmə eyni zamanda sahibkarın gələcək taleyi barədə əlavə məlumata malik olmadığını bildirib:

“Onunla bağlı sonra nə baş verəcək? Bu barədə məlumatımız yoxdur”.

Qeyd edək ki, daha əvvəl iş adamının azadlığa buraxıldığı və Azərbaycanda olduğuna dair barədə məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO