Müdafiə Nazirliyində TƏCİLİ brifinq - SON MƏLUMAT AÇIQLANDI

Müdafiə Nazirliyində TƏCİLİ brifinq - SON MƏLUMAT AÇIQLANDI

Hazırda oxunan: Müdafiə Nazirliyində TƏCİLİ brifinq - SON MƏLUMAT AÇIQLANDI

57751

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirib.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, çovğun nəticəsində itkin düşən 4 nəfər hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib.

"İtkin düşmüş-baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb", - A.Eyvazov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda itkin düşmüş baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

"Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Azad olunmuş Kəlbəcər və Laçın rayonları çətin relyefli, əsasən dağlıq və meşə sahələrindən ibarətdir.

Bu rayonlarda qış ayları çox sərt keçir, havanın temperaturu gecələr - 15-20 dərəcə arasında dəyişir, bəzən bu temperatur mənfi 30 dərəcəyə qədər düşür.

Azərbaycan ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirlər.

Bu tədbirlərə yolların qar örtüyündən təmizlənməsi, işarəedici çubuqların basdırılması da daxildir. Lakin külək və çovğun nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO