Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər cərimələnib.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Xətai, Binəqədi, Nəsimi, Sabail, Sabunçu və Suraxanı rayonlarında polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.
Bizim.Media