Xəbər verdiyimiz kimi, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyən edilib.
Bununla bağlı İqtisadiyyat Nazirliyinin kollegiyası qərar qəbul edib.
Qəbul edilən qərara əsasən, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət aşağıdakı kimidir:

Mütəxəssislər hesab edir ki, spirtli içkilərin minimum satış qiymətinin müəyyən edilməsi keyfiyyətsiz məhsulların bazara daxil olmasına şərait yaradacaq.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli hesab edir ki, minimum pərakəndə qiymət tətbiqi keyfiyyətsiz içkilərin bazara “axın etməsi”nə şərait yaracaq:
“Ümumiyyətlə qanuni alkoqol birdən-birə bahalaşarsa, bəzi istehsalçılar və alıcılar qeyri-qanuni məhsullara yönələ bilər. Bəzi tədqiqatlar göstərir ki, insanlar bahalaşan spirtli içkilərdən imtina edərək daha ucuz içkilərə keçə bilər. Burada sosial və iqtisadi şərait də rol oynayır. Həm bahalaşma, həm də alternativlərin olması içmə vərdişlərini dəyişdirə bilər. Ona görə spirtli içkilərin minimum qiymətinin müəyyən edilməsindən öncə bazara nəzarət maksimum dərəcədə gücləndirilməlidir. Eyni zamanda keyfiyyətsiz alkoqolların ziyanı barədə təbliğat genişlənməlidir”.
Müsahibimiz hesab edir ki, əgər minimum qiymət qoyulursa, bununla paralel nəzarət və maarifləndirmə güclənməlidir:
“Əks təqdirdə qeyri-qanuni və ya evdə hazırlanmış, sağlamlıq üçün təhlükəli məhsulların istehlakı arta bilər. Amma beynəlxalq təcrübə göstərir ki, minimum qiymət siyasəti düzgün tətbiq edildikdə, bazara nəzarət güclü olduqda bundan həm dövlət büdcəsi qazanar, həm də alkoqolla bağlı zərərlər azala bilər”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 29.10.2025
Saxta spirtli içkilərlə bağlı HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: Saxta spirtli içkilərlə bağlı HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: Saxta spirtli içkilərlə bağlı HƏYƏCAN TƏBİLİ
577456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































