“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

Hazırda oxunan: “Nar”a yeni baş icraçı direktor təyin olundu

577451

27 oktyabr 2025-ci il tarixində Özgür Genc “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru vəzifəsinə təyin olunub. 

Bizim.Media xəbər verir ki, Özgür Genc İKT və şəbəkə texnologiyaları da daxil olmaqla, telekommunikasiya sahəsində 25 ildən çox zəngin təcrübəyə malikdir.
 

O, Azərbaycanın “Azerconnect Group”, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” kimi nüfuzlu İKT və telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışaraq uğurlu texnologiya strategiyalarının formalaşdırılması, innovasiyaların tətbiqi prosesinə mühüm töhfələr verib. 


Özgür Genc Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. O, həmçinin İsveçrənin nüfuzlu “IMD” Biznes Məktəbində “Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması” proqramını müvəffəqiyyətlə bitirib.

Özgür Genc “Azerfon” MMC (“Nar”) şirkətinin baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib.

Qunnar Panke karyerasında yeni imkanları dəyərləndirmək məqsədilə şirkətdən ayrılıb. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO