Poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılır – Anar İsrafilov

Poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılır – Anar İsrafilov

Hazırda oxunan: Poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılır – Anar İsrafilov

577441

“Azərbaycanda poliklinikalarda elektron növbə sisteminin tətbiqi ilə bağlı işlər aparılır”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, layihə tədricən bütün ölkə ərazisini əhatə edəcək:

“Vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətlə davam etdirilir. Sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır”.

Anar İsrafilovun sözlərinə görə, elektron növbə sistemi sayəsində pasiyentlər artıq onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə biləcəklər:

“Bu sistem tibb personalına qəbul planlamasını daha düzgün həyata keçirməyə, zamanın idarəolunmasını tənzimləməyə imkan verir. Sıra məlumatı terminal ekranlarında əks olunur”.
 

Hazırda sistem paytaxt və regionlardakı bir sıra böyük tibb müəssisələrində aktiv şəkildə istifadə olunur.


“Paytaxt və regionlarda yerləşən 40 tibb müəssisəsində növbə terminalları və monitorlar artıq quraşdırılıb. İlin sonuna qədər poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur,” - deyə direktor müavini əlavə edib.

Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO