Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatdı - VİDEO

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatdı - VİDEO

Hazırda oxunan: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatdı - VİDEO

57743

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışları başa çatıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, toplanışın əsas məqsədi Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş vərdişlərini və hərbi ixtisas biliklərini təkmilləşdirməklə yanaşı, Ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını, döyüş tətbiqi üsullarını öyrətməkdir.

Toplanışa cəlb olunan hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan praktiki atəş çalışmalarını yerinə yetiriblər.

İştirakçılara hücum və müdafiə döyüşlərinin əsasları, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə əməliyyatların aparılması üsulları öyrədilib.

Tank bölmələri ilə birgə şərti düşmən mövqelərinin ələ keçirilməsi və ərazidə yenidən tərtiblənmə üzrə tapşırıqları yerinə yetiriblər.

Təlim-məşqlərin senarisinə uyğun olaraq yaşayış məntəqələrində axtarış və aşkar olunan kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqları da icra olunub.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO