Sakinlər bu küçədən keçə bilmirlər - SƏBƏB

Sakinlər bu küçədən keçə bilmirlər - SƏBƏB

Hazırda oxunan: Sakinlər bu küçədən keçə bilmirlər - SƏBƏB

577389

Zaqatalanın Aşağı Tala kəndində küçələrdən birinin sakinləri ətrafın zibillənməsindən narahatdır. 

Bizim.Media-nın yerli bürosu sakinlərə istinadən bildirir ki, kəndin Adil Həmzəyev küçəsi son vaxtlar baxımsız qalıb.

Belə ki, bura zibil atılır və hər keçən gün çoxalır. Bu isə sakinlərin ciddi narahatlığına səbəb olur. 
 

Sakinlərin sözlərinə görə ,ərazidən zibil təmizlənmədiyindən iydən yoldan keçmək olmur. Təklif olunur ki, ərazi təmizlənsin və  bura zibil qabları qoyulsun.


Məsələ ilə əlaqədar müvafiq icra qurumundan bildirildi ki, əslində ərazini zibilləyən, ora zibil tökənlərin əksəri elə həmin küçənin ya da yaxınlıqda yaşayan sakinlərdir. Sadəcə olaraq ilk növbədə onlar ərazinin çirkləndirilməsinin qarşısını almalıdır. Zibilliyə gəlincə isə məsələdən agahdırlar və qarşıdakı günlərdə təmizlik işləri aparılacaq. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO