“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minadan təmizləndi

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minadan təmizləndi

Hazırda oxunan: “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minadan təmizləndi

57738

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.

Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO