Ötən il Azərbaycanda açılmış cinayətlərin sayı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, 2021-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə DİN və prokurorluq üzrə qeydə alınan 29 327 cinayətin 88,9%-nin (+3,4%) açılması təmin edilib.
Bundan başqa, ağır və xüsusilə ağır cinayətlərin 83%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4%-i, şəxsiyyət əleyhinə olanların 98%-i, onlardan qəsdən sağlamlığa ağır zərər vurmaların 98,2%-i, mülkiyyət əleyhinə olanların 80%-i, o cümlədən oğurluqların 72,3%-i, dələduzluqların 92,7%-i, soyğunçuluqların 90%-i, quldurluqların 92%-i, hədə-qorxu ilə tələb etmələrin 93,8%-i, avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin 92%-i, habelə xuliqanlıqların 96,7%-i açılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 29.01.2022
2021-ci ildə Azərbaycanda neçə cinayətin üstü açılıb? – STATİSTİKA
Hazırda oxunan: 2021-ci ildə Azərbaycanda neçə cinayətin üstü açılıb? – STATİSTİKA
Hazırda oxunan: 2021-ci ildə Azərbaycanda neçə cinayətin üstü açılıb? – STATİSTİKA
57729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.