Salyanda ağır qəza - Xəsarət alanlar var - FOTO/VİDEO

Salyanda ağır qəza - Xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Salyanda ağır qəza - Xəsarət alanlar var - FOTO/VİDEO

577276

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə saat 10 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Hadisə zamanı "Changan" və "Kia" markalı avtomobillər toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.


Qəza nəticəsində xəsarət alanlar Xədicə Sadıqova, Babək Alxanov, Saməddin Bayramov, Mahir Bayramov və Şamxal Mayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir.

Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.









 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO