Gəncə polisi “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirib – FOTO

Gəncə polisi “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirib – FOTO

Hazırda oxunan: Gəncə polisi “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirib – FOTO

57725

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin təşkilatçılığı 30 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. 

Bizim.Media-ın regional bürosu xəbər verir ki, “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda keçirilən görüşdə çıxış edən RPİ-nin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov narkomaniyaya qarşı hüquq-mühafizə, o cümlədən polis orqanlarının apardığı qətiyyətli mübarizə tədbirlərindən danışıb.  

O qeyd edib ki, xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.

“Qalır bu imkanlardan yararlanmaq üçün yaxınlar, doğmalar arasında təbliğat aparmaq”, - deyə Nəvai Qasımov əlavə edib. 

Bildirib ki, əgər qonşunu narahat edən bu problemin həllində kimsə yardımını əsirgəsə, sabah onun özü də belə təhlükə ilə üzbəüz qala biləcəyini düşünməlidir. Ən azından üzləşdiyi, eşidib-bildiyi təhlükə barədə polisə məlumat verməlidir. 
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO