Ağdaşda dəhşətli yol qəzası baş verib, ölənlər var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “KamAZ” və “Qazel” markalı yük avtomobilləri toqquşub.
Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bizim.Media, Aran bürosu




























































































