Bakıda məşhur restoran bağlanır?

Bakıda məşhur restoran bağlanır?

Hazırda oxunan: Bakıda məşhur restoran bağlanır?

577203

"Pakdad 2008" və "Coffee Service" MMC-lər ləğv olunduğunu elan edib.

Bizim.Media xəbər verir ki, şirkətlərin hər ikisi Şöhrət Adışirin oğlu Babaşova məxsusdur.

"PAKDAD 2008" MMC 2020-ci, "Coffee Service" MMC isə 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 10 manat və 12 manatdır.
Şöhrət Babaşovun digər bir şirkəti "Hacıqabul Quşçuluq" MMC isə cari ilin iyul ayında ləğv edilib.

Qeyd edək ki, iş adamı paytaxtın tanınmış restoranlar şəbəkəsinin sahibidir. Belə ki, "Pak Dad Group" brendi adı altında 4 "Pakdad" restoranı, "Manqal", "Express Steak", "Kükü", "Nargilə", "Kabab Dünyası", 7 fastfud və "BalBadəm" şirniyyat evləri ona məxsusdur.

Şöhrət Babaşova daha əvvəl əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən 3000 manat maliyyə sanksiyası tətbiq edilib.

Eyni zamanda, fiziki şəxs vergi qanunvericiliyinin pozulmasına görə əlavə 31 halda ümumilikdə 1240 manat dəyərində cərimə edilib. (Mənbə: teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO