Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Hazırda oxunan: Bu gün hava necə olacaq?

577105

Azərbaycanda oktyabrın 25-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək.

Nisbi rütubət gecə 80-85, gündüz 60-65 faiz təşkil edəcək.
 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.


Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO