Bu gün - oktyabrın 25-i Qubadlı şəhərinin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür.
Bizim.Media xəbər verir ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Həmçinin Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü qeyd edilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:00 / 25.10.2025
Bu gün Qubadlı Şəhəri Günüdür - İşğaldan azad olunmasından 5 il ÖTÜR
Hazırda oxunan: Bu gün Qubadlı Şəhəri Günüdür - İşğaldan azad olunmasından 5 il ÖTÜR
Hazırda oxunan: Bu gün Qubadlı Şəhəri Günüdür - İşğaldan azad olunmasından 5 il ÖTÜR
577090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































