Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
“Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan–BMT münasibətlərinin dinamik və etimada əsaslanan xarakterini vurğulamaqdan məmnun olduq. Bu münasibətlər qarşılıqlı öhdəlik və tərəfdaşlıq sayəsində daim inkişaf edir.
Bu əməkdaşlıq davamlı inkişaf üçün yeni imkanlar açır və Azərbaycanın iqtisadi inkişaf modelini gücləndirən səmərəli mexanizmləri möhkəmləndirir.
Tədbir çərçivəsində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Bu sənəd birgə səylərimizdə yeni mərhələni ifadə edir.
Çərçivə sənədi aşağıdakı strateji prioritetləri müəyyənləşdirir: inklüziv sosial-iqtisadi artım və insan kapitalının inkişafı, ekosistemin qorunması, iqlimədavamlılıq, “yaşıl” artım və davamlılığa ədalətli keçidin təmin edilməsi”, - paylaşımda qeyd edilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:21 / 24.10.2025
Azərbaycan və BMT arasında Əməkdaşlığa dair Çərçivə Sənədi imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycan və BMT arasında Əməkdaşlığa dair Çərçivə Sənədi imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycan və BMT arasında Əməkdaşlığa dair Çərçivə Sənədi imzalandı - FOTO
577086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































