XİN başçısı: “İmzalanan sənəd Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacaq”

XİN başçısı: “İmzalanan sənəd Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacaq”

Hazırda oxunan: XİN başçısı: “İmzalanan sənəd Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacaq”

577072

“Bu gün imzalanan 2026–2030-cu illər üzrə yeni sənəd Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə oktyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Ceyhun Bayramov Azərbaycan Respublikasının qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Bu kontekstdə Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi xüsusi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO