Dövlət əmlakını mənimsəmədə təqsirləndirilən 299 şirkətin sahiblərinə AĞIR CƏZA tələbi

Dövlət əmlakını mənimsəmədə təqsirləndirilən 299 şirkətin sahiblərinə AĞIR CƏZA tələbi

Hazırda oxunan: Dövlət əmlakını mənimsəmədə təqsirləndirilən 299 şirkətin sahiblərinə AĞIR CƏZA tələbi

577050

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında təqsirləndirilən İlahim Mehralıyev və Mehman Alməmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Radim Sadıxovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Dövlət ittihamçısı İlahim Mehrəliyevin 16 il, Mehman Alməmmədovun isə 13 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
 

Qeyd edək ki, istintaqla İlahim Ərəstun oğlu Mehralıyev, Mehman Allahverdi oğlu Alməmmədov və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək, 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş bir milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaqla mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.


Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəzaçəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, təqsirləndirilənlərin adına 299 şirkət təsis edilibmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO