Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurdu

Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurdu

Hazırda oxunan: Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurdu

577003

Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində rayonun ucqar dağ kəndi Gərgiranda baş verib.
 

Mobil operatorlardan birində enerji mühəndisi kimi çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub.


Ətrafdakıların köməyi ilə o, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətinin ağır olması səbəbindən Rusif Əmənov reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO