Gəncədə yaşayan tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.
Bizim.Media xəbər verir ki, vəkil avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirməkdə şübhəli bilinir.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb.
Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 aylıq dayandırlıb.
*** 14:05
Gəncədə tanınmış vəkil saxlanılıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.
Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.
Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Bizim.Media





























































































