Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 35 yaşlı Elvin Abbasova kəsici alətlə xəsarət yetirib.
MÖVZU İLƏ BAĞLI:
E.Abbasov xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
































































































