Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoydu - VİDEO

Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoydu - VİDEO

Hazırda oxunan: Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoydu - VİDEO

576923

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 ay əvvəl itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirilib və meyiti yaşadığı evin həyətində basdırılıb.

Bizim.Media xəbər verir ki, mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb. Nəticədə də hadisənin üstü açılıb.

Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil.
 

Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub.


Qonşular isə bildirirlər ki, ailədə hansısa problem yaşandığının şahidi olmayıblar.

Samir də ərazidə hörmətli şəxs kimi tanınıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO