Hamı edir, ancaq ÇOX ZƏRƏRLİDİR: Kökəldir, mədəni yorur, şəkər yaradır

Hamı edir, ancaq ÇOX ZƏRƏRLİDİR: Kökəldir, mədəni yorur, şəkər yaradır

Hazırda oxunan: Hamı edir, ancaq ÇOX ZƏRƏRLİDİR: Kökəldir, mədəni yorur, şəkər yaradır

576919

"Yeməyi meyvə şirələri və qazlı içkilərlə içmək sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər".

Bizim.Media xəbər verir ki, bunu rusiyalı diyetoloq və qidalanma mütəxəssisi Nadejda Litvinova-Qrazion deyib.

Onun sözlərinə görə bu içkilərdəki turşular mədə selikli qişasını qıcıqlandıra bilər və həzm prosesini poza bilər. Həkim bildirib ki, şirə və qazlı içkilərdə çoxlu sadə şəkərlər olur, bu da qanda qlükozanın sürətlə yüksəlməsinə və mədəaltı vəzə əlavə yük düşməsinə gətirib çıxarır.
 

Litvinova-Qrazion qeyd edib ki, bu xüsusilə şəkərli diabet və qlükoza dözümsüzlüyü olan şəxslər üçün təhlükəlidir. Bundan əlavə, şirin içkilər "boş kalori" sayılır, çünki enerji versələr də, tərkibində lif və digər faydalı maddələr yoxdur. Bu isə artıq çəkinin yaranmasına səbəb olur.


Mütəxəssis əlavə edib ki, belə içkilər diş minasını zədələyir və uzunmüddətli istifadəsi piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır.

Həkim alternativ olaraq adi və ya qazsız mineral su, eləcə də şəkərsiz bitki çaylarının içilməsini tövsiyə edib. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO