Xaçmazın Palıdlı məktəbində nə baş verir? – İcra başçısı TƏCİLİ göstəriş verdi

Xaçmazın Palıdlı məktəbində nə baş verir? – İcra başçısı TƏCİLİ göstəriş verdi

Hazırda oxunan: Xaçmazın Palıdlı məktəbində nə baş verir? – İcra başçısı TƏCİLİ göstəriş verdi

57690

Xaçmaz rayonunun Palıdlı kəndindəki tam orta məktəbdə kütləvi şəkildə koronavirus daşıyıcıları aşkar edilib. Son bir həftədə məktəbin 3 şagirdində və bir müəllimində koronvirus aşkarlanıb və onlar ailələri ilə birgə karantinə götürülüb. 

Son günlər məktəbdə yenidən şağirdlər arasında qızdırma və öskürək halları artmağa başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı YENİ QAYDALAR hazırlanır


Yanvarın 27-də koronavirus testi pozitiv çıxan 8-ci sinif şagirdinin iki sinif yoldaşında da yüksək hərarət müşahidə edilib və həmin iki məktəbli dərsə buraxılmayıb.

Dekabrın 27-də Bizim.Media olaraq, Palıdlı kənd məktəbində narahatçılıq doğuran bu halla bağlı Xaçmaz rayon İH başçısı Elnur Rzayevlə əlaqə saxladıq və narahatçılığımızı onun diqqətinə çatdırdıq.

Rayon rəhbəri problemlə bağlı müvafiq təcili tədbirlər görüləcəyini bildirdi. 

Dünən isə gün ərzində Xaçmaz rayon mərkəzi xəstəxanasının Xudat Ailə-sağlamlıq Mərkəzinin rəhbəri Qədir Hüseynov kənddə olub və xəstə uşaqları müayinə edib.

Onun Bizim.Media-ya verdiyi məlumata görə, sabah kənddəki yüksək hərarətli məktəbli uşaqlardan koronavirus testi götürüləcək.


Xaçmaz rayon təhsil şöbəsinin müdiri İnqilab Musayev isə məlumat verdi ki, bu gün təcili Palıdlı məktəbində geniş dezinfeksiya işləri aparılacaq və o özü qarşıdakı həftənin birinci günü məktəbdə olacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO