2025-ci ilin oktyabr 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 435 min 420 nəfər olub.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,1%), Lənkəran-Astara (10,3%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Qeyd edək ki, fərdi sahibkarların 76.4%-ni( 1096659 nəfəri) kişilər, 23.6%-ni (338 761 nəfəri) isə qadınlar təşkil edib.
Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kişi fərdi sahibkarların sayı 3.9% və ya 40.7 min nəfər, qadın fərdi sahibkarların sayı isə 6.7% və ya 21.2 min nəfər artıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:27 / 23.10.2025
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
576808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.