Arvadının səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu

Arvadının səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu

Hazırda oxunan: Arvadının səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu

576807

"TikTok" sosial şəbəkəsində həyat yoldaşına məxsus səhifədə narkotik vasitəni təbliğ edən video yayan bloqer həbs edilib.

Bizim.Media xəbər verir ki, 1994-cü il təvəllüdlü, fərdi əmək fəaliyyəti ilə məşğul olan Hüseynov Elşad Etibar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib olunub.
 

Məlum olub ki, Elşad Hüseynov 12 oktyabr 2025-ci il tarixdə həyat yoldaşı ilə birgə narkotik vasitənin təbliğ olunduğu qlobal trend videosunu çəkib və xanımının "TikTok" səhifəsində paylaşıb.


Elşad Hüseynov məhkəmədə videonu çəkərkən onun narkotik vasitələrdən istifadənin təbliği məqsədi daşımasından xəbərsiz olduğunu, sadəcə qlobal trend videosu olduğunu düşündüyünü, bloqer olduqları üçün trendə qatılmaq məqsədi ilə çəkib paylaşdığını deyib. O, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Məhkəmənin hökmü ilə Elşad Hüseynov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün həbs edilib. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO