Balığa TƏLƏBAT artdı – Bazarda qiymətlər əl “yandırır”

Balığa TƏLƏBAT artdı – Bazarda qiymətlər əl “yandırır”

Hazırda oxunan: Balığa TƏLƏBAT artdı – Bazarda qiymətlər əl “yandırır”

576805

Son vaxtlar ölkədə yayılan dabaq xəstəliyi bazarda vəziyyəti ciddi dəyişib. İnsanlar alternativ olaraq toyuq və balıq məhsullarına daha çox yönəlməyə başlayıblar. Tələbatın artması ilə alternativ bazarda qiymətləri dəyişib.  Xüsusilə balıq bazarında qiymətlərdə artım müşahidə edilir. 

Bazarda canlanma yaranıb 

Balıq məhsulları üzrə ixtisaslaşmış restoran sahibi Aslan Seyidəmirov Bizim.Media-ya bildirdi ki, əvvəllər ət alanlar indi balığa üstünlük verirlər, bu da bazarda canlanma yaradıb. 

“Alıcı sayı artıb, aktivlik var. Həm topdan həm də pərakəndə balıq satışında artım müşahidə olunur. Balığın hər çəkisində bir-iki manat fərq edir. Xüsusən farel və kütüm balıqlarında qiymət artımı var. Farel çəkisində 1, 1.50 manat, bəzən çəkisinə görə 2 manat, kütümdə isə birbaşa 2 manat, çupra, levrək 1-2 manat qiymət artıb. Ən çox artım beluqadadır – 4 manat. Hazırda müştərilər arasında ən çox farelə tələbat var”.

Ən çox bahalaşan çeşidlər...

Mütəxəssis diqqətə çatdırdı ki, bu balıq məhsulları əsasən Türkiyə və İrandan idxal olunan çeşidlərdir:

“Çupra və levrək Qaradəniz balığıdır, beluqa və farel isə İrandan gəlir. Bizim yerli balıq əsasən kütümdür. Düzdür Azərbaycanın yerli istehsal balığı var, Xaçmazdan tədarük olunur, amma o İran farelindən baha başa gəlir. Bundan başqa Mingəçevirdə yetişdirilən yerli beluqalar da 60-70 manat civarındadır. Baha olduğu üçün üstünlük idxala verilir”.

Şəfiqə Şəfa, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO