Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.
Bizim.Media xəbər verir ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Mingəçevir şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov dünən Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batmışdı. Onun ehtiyatsızlıqdan suya düşdüyü ehtimal olunur. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:12 / 23.10.2025
Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı
Hazırda oxunan: Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı
Hazırda oxunan: Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı
576797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.