Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə yola salınıb.
Bizim.Media xəbər verir ki, Təzəbinə kəndinə bu mərhələdə yataqxana və digər inzibati binalarda yaşayan daha 12 ailə - 55 nəfər köçürülür.
Qeyd edək ki, Təzəbinə kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
Bu il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Bizim.Media