Gələn ildən media əməkdaşları da gəlir vergisi ÖDƏYƏCƏK

Gələn ildən media əməkdaşları da gəlir vergisi ÖDƏYƏCƏK

Hazırda oxunan: Gələn ildən media əməkdaşları da gəlir vergisi ÖDƏYƏCƏK

576775

2026-ci il yanvarın 1-dən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

Belə ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bəs media sahəsində çalışanlara da bu qərar şamil olunacaq?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, gəlir vergisi vətəndaşların əməkhaqlarından tutulan vergidir:

"2026-cı il yanvarın 1-dən etibarən güzəşt müddətinin başa çatdığını nəzərə alsaq, yeni dərəcələr özəl sektorda çalışan və əmək müqaviləsi olan bütün vətəndaşlara şamil ediləcək. Bu isə o deməkdir ki, özəl sektorda çalışan bütün vətəndaşlar yeni dərəcələr üzrə vergiyə cəlb olunacaqlar.

Təbii ki, buna media qurumlarında, o cümlədən özəl media strukturlarında və digər təşkilatlarda çalışan şəxslər də daxildir. Beləliklə, gəlir vergisi ilə bağlı müəyyən edilən yeni dərəcələr özəl sektorda çalışan bütün vətəndaşlara şamil olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO