SON DƏQİQƏ! Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: SON DƏQİQƏ! Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - RƏSMİ AÇIQLAMA

576774

Hazırda ölkədə insanlar arasında dabaq xəstəliyinə yoluxma faktı aşkarlanmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, "Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqətə uyğun deyil:

"Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb".

Səhiyyə Nazirliyi bir daha vətəndaşları yalnız rəsmi mənbələrin təsdiqlədiyi məlumatlara etibar etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO