Cəlilabadda avtomobil aşdı - Xəsarət alanlar var

Cəlilabadda avtomobil aşdı - Xəsarət alanlar var

Hazırda oxunan: Cəlilabadda avtomobil aşdı - Xəsarət alanlar var

576754

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Nissan X-Trail” markalı avtomobil sərt döngədən eniş edərkən idarəetməni itirib və aşıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Təxminən 5 yatalının olduğu bildirilir.

Məlumata əsasən, avtomobil Yardımlı rayonundan Cəlilabad istiqamətində hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO