Bu ilin əvvəlindən oktyabrın 22-dək olan dövr ərzində Azərbaycanda 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib, 2521 nöqsan aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.
Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:15 / 23.10.2025
Ət kəsimi məntəqələrində görün hansı nöqsanlar üzə çıxdı – FOTO
Hazırda oxunan: Ət kəsimi məntəqələrində görün hansı nöqsanlar üzə çıxdı – FOTO
Hazırda oxunan: Ət kəsimi məntəqələrində görün hansı nöqsanlar üzə çıxdı – FOTO
576753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.