Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi - VİDEO

Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi - VİDEO

Hazırda oxunan: Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi - VİDEO

576725

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib.

Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib.
 

Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə, o, bir illik kirayə haqqını ödəməmişdi.


Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO