AQTİ laboratoriyalarında xüsusi təhlükəli xəstəliklərin diaqnostikası həyata keçirilir - FOTO

AQTİ laboratoriyalarında xüsusi təhlükəli xəstəliklərin diaqnostikası həyata keçirilir - FOTO

Hazırda oxunan: AQTİ laboratoriyalarında xüsusi təhlükəli xəstəliklərin diaqnostikası həyata keçirilir - FOTO

576724

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanılması məqsədilə xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir.

AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, institutun tabeliyində heyvan sağlamlığı istiqamətində müayinələrin aparılması üçün 8 stasionar, 3 çadır və 1 maşın tipli, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar fəaliyyət göstərir.

Bu laboratoriyalar xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostikası üçün zəruri olan müasir maddi-texniki baza ilə təchiz edilib.

Müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına uyğun olaraq, peşəkar kadrlar tərəfindən beynəlxalq tələblərə cavab verən etibarlı və yüksək dəqiqlikli diaqnostik dəstlərdən istifadə edilməklə aparılır. Həmçinin laboratoriyalar heyvan xəstəlikləri üzrə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında uğurla iştirak edir və yüksək nəticələr göstərir.
 

Bu istiqamətdə fəaliyyət göstərən laboratoriyalar Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və Mərkəzi Baytarlıq Laboratoriyası, həmçinin Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə uyğun olaraq beynəlxalq akkreditasiyadan keçirilib.


Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların imkanlarından da epizootoloji monitorinqlər zamanı geniş istifadə olunur. Bu, xüsusi təhlükəli xəstəliklərin baş verdiyi hallarda hadisə yerində müayinələrin operativ aparılmasına, eləcə də qabaqlayıcı və nəzarət tədbirlərinin səmərəli həyata keçirilməsinə şərait yaradır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO