Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

576677

Sabah Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Bizim.Media-ya "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib.
 

Məlumata görə, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.


Sumqayıt QİS bildirir ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO