Bakıda itkin düşdüyü deyilən, sonradan qətlə yetirildiyi məlum olan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin qətli ilə bağlı bəzi məqamlar məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: 10 ay əvvəl öldürdüyü ərini evin həyətində BASDIRIBMIŞ
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi məlum olub.
Müəyyən edilib ki, qadın izi itirmək üçün həyat yoldaşının meyitini yaşadığı evin həyətində basdırıb. Qadın daha sonra meyiti basdırdığı yerdə gül kolları əkərək, izi itirmək istəyib.
O, hər gün həmin ərazidəki gülləri sulayaraq, kolların solmasının qarşısını alıbmış.
Bizim.Media