"Təəssüf ki, dövlətdə Ramiz Mehdiyev kimi adamlar hələ də var" - Yaqub Eyyubov

"Təəssüf ki, dövlətdə Ramiz Mehdiyev kimi adamlar hələ də var" - Yaqub Eyyubov

Hazırda oxunan: "Təəssüf ki, dövlətdə Ramiz Mehdiyev kimi adamlar hələ də var" - Yaqub Eyyubov

576637

Oktyabrın 24-də Baş nazirin birinci müavini Yaqub Eyyubovun 80 yaşı tamam olur.

Prezident İlham Əliyev yubileyi münasibətilə onu “İstiqlal” ordeni ilə təltif edib.

Baş nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə təltif olunub.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi – FOTO


Bizim.Media xəbər verir ki, Yaqub Eyyubov yubileyi və təltif münasibətilə “Yeni Sabah”ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev sizi “İstiqlal” ordeni ilə təltif edib. Belə yüksək təltif gözləyirdiniz?

- Xeyr, mənim üçün xoş və gözlənilməz xəbər oldu.

- Necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndirirəm. Cənab Prezidentə təşəkkürümü və minnətdarlığımı bildirdim. Mənim elə də böyük fəaliyyətim, xidmətim yoxdur. Amma nə bacarıramsa, dövlətə və xalqa xidmət etmişəm.

- Təltif olunma xəbərini sizə ilk kim verdi və kim təbrik etdi?

- Cənab Prezident.

- Zəng etmişdi?

- Xeyr, qəbuluna dəvət etmişdi. Orada ordeni təqdim etdi.

- Cənab Prezident sizə nə arzuladı? Hansı tapşırıqları verdi?

- Həmişə olduğu kimi, dövlətə sədaqətlə xidmət etməyi tapşırdı.

- Cənab Prezidentdən sonra sizi ilk kim təbrik etdi?

- Hələlik heç kim.

- Aldığınız mükafatlar arasında ən yüksəyi “İstiqlal” ordenidir?

- Ordenlərin, mükafatların hamısı yüksəkdir.

- 80 illik yubileyinizi qeyd etdiyiniz bu günlərdə xalqımıza və özünüzə nə arzulayırsınız?

- Firavanlıq, sülh, əmin-amanlıq və xoş günlər arzulayıram.

- Ömürün bu yaşında özünüzü necə hiss edirsiniz?

- Neçə yaşım varsa, elə ona da uyğun hiss edirəm.

- Bundan sonra da işləmək arzusundasınızmı?

- Mən həmişə hər şeyə optimist yanaşmışam. Tale qarşıma nə qoyubsa, onu da gözləyirəm və qəbul edirəm.

- Yaqub müəllim, son günlər ölkə gündəmini bir məsələ zəbt edib. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamlar irəli sürülüb.

Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?

- Çox pis qiymətləndirirəm. Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO