Bakıda DƏHŞƏT: 10 ay əvvəl öldürdüyü ərini evin həyətində BASDIRIBMIŞ

Bakıda DƏHŞƏT: 10 ay əvvəl öldürdüyü ərini evin həyətində BASDIRIBMIŞ

Hazırda oxunan: Bakıda DƏHŞƏT: 10 ay əvvəl öldürdüyü ərini evin həyətində BASDIRIBMIŞ

576635

Bakının Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
 

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.


Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO