Zərdabda tiktoker həbs edildi

Zərdabda tiktoker həbs edildi

Hazırda oxunan: Zərdabda tiktoker həbs edildi

576627

Zərdabda vətəndaş müraciətinin araşdırılmasına mane olan tiktoker həbs olunub.

Bizim.Media xəbər verir ki, oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.
 

Müraciət üzrə araşdırma və izahatların alınması zamanı kənd sakini, özünü fəal tiktoker kimi təqdim edən Laçın Əsədov tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti fəaliyyətə qəsdən maneə yaradılıb. O, intizama dəvət edilsə də, öz fəaliyyətini davam etdirib.


Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib və müvafiq qərarla o, inzibati qaydada həbs olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO