Gəncədə fəaliyyət göstərən topdansatış mağazasında 210 ədəd saxta alkoqollu içki aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan "Organic Росинка" əmtəə nişanlı 98 ədəd 0.7 litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb.
Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bizim.Media