Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Lətif Lətifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 08 may 2025-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Elegant” adlı kafedə qeydə alınıb.
Belə ki, Lətif Lətifov ofisiant kimi işləyərkən qəsdən insan sağlamlığına ağır zərər vurub.
Həmin vaxt kafeyə müştəri qismində gələn, spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olan və əvvəlcədən tanıdığı zərərçəkmiş Faiq Pənahov (soyadı şərtidir) təqsirləndiriləndən pivə sifariş edib. Lakin Lətif kafenin bağlanmaq üzrə olduğunu bildirərək sifarişi qəbul etməyib.
Bu səbəbdən tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində mübahisə zamanı zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib.
Baş vermiş mübahisə nəticəsində Lətif qisas almaq və Faiqi cəzalandırmaq niyyəti ilə kafenin zalında mətbəx bıçağı ilə zərərçəkmişin qarın nahiyəsinə bir dəfə zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Lətif Lətifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)
Bizim.Media