Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən daxil olan müraciət əsasında Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Kərim Şubay oğlu Bədəlova məxsus “Kərim” marketdə yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müraciətdə göstərilən fakt təsdiqini tapıb və marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışa çıxarıldığı məlum olub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv edilməsi barədə qərar qəbul olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:58 / 22.10.2025
Marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO
Hazırda oxunan: Marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO
Hazırda oxunan: Marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO
576528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.