“Gəlinliyə görə oğlan evi dava saldı, dedilər açıq-saçıqdır”

“Gəlinliyə görə oğlan evi dava saldı, dedilər açıq-saçıqdır”

Hazırda oxunan: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər açıq-saçıqdır”

576518

“Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə dava-dalaş saldılar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Teleqraf”a bir neçə gün öncə yaşadığı evdə meyiti tapılan 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.

Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir:

“Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla, oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağlamışdılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı”.

Murad Bayramov bildirib ki, faciənin bünövrəsi qız toyundan başlayıb:
 

“Qız toyundan sonra Elnur ata-anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi”.


M. Bayramov qeyd edib ki, kürəkəni Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, o, buna icazə verməyib, onları qovub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO