Mingəçevirdəki qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Mingəçevirdəki qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Hazırda oxunan: Mingəçevirdəki qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

576500

Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 21.10.2025-ci il tarixində saat 19:00 radələrində 1956-cı il təvəllüdlü şəxs (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.

Sol ayağın incik sümüyünün, sağ qolun bazu sümüyünün sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü şəxsin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO