Lənkəranda 61 yaşlı velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza bu gün rayonun Vel kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobili idarə edən şəxsin yeniyetmə olduğu bildirilir. Qeyd olunur ki, hadisə baş verən gün sürücünün ailəsində toy mərasimi keçirilib.
Qəza zamanı xəsarət alan Xolmili kənd sakini, 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması, koma və bədənin müxtəlif hissələrində açıq yaralar diaqnozu qoyulub. Zərərçəkən reanimasiya şöbəsində saxlanılır, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu