AYI hücumlarının SƏBƏBİ – Hansı bölgələr daha çox risk altındadır?

AYI hücumlarının SƏBƏBİ – Hansı bölgələr daha çox risk altındadır?

Hazırda oxunan: AYI hücumlarının SƏBƏBİ – Hansı bölgələr daha çox risk altındadır?

576461

Son günlər Naxçıvanda ayının insanlara hücum etməsi yenidən “ayı təhlükəsi” məsələsini gündəmə gətirib. Xüsusilə dağlıq və meşəlik ərazilərdə ayıların yaşayış məntəqələrinə enməsi artıq nadir hadisə sayılmır.

Bəs bu hücumların səbəbi nədir və ölkəmizin hansı bölgələri daha çox risk altındadır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, ayılar əsasən dağlıq və dağətəyi bölgələrdə insanlara hücum edir.

“Əsas səbəb qida tələbatıdır. Ayılar yaşayış məntəqələrinə məhz yem tapa bilmədikləri üçün girirlər. Əvvəllər yaylaqlarda köçəri insanlar çox olurdu və ayılar bəzən heyvan oğurlayıb dağlara qayıdırdı. İndi isə bu yaylaqlar azalıb, təbii qida zənciri pozulub. Nəticədə ayılar kəndlərə enərək meyvə və bal tapmağa çalışırlar,” - deyə ekoloq bildirib.

Qorxmaz İbrahimov qeyd edib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur:

“Məsələn, Şimal ölkələrində, Kanadada ağ ayılar tez-tez şəhərlərə gəlir. Bu, onların insanlara hücum etmək istəməsi ilə bağlı deyil. Sadəcə təbiətdə qida çatışmazlığı yarananda heyvanlar məcburən yaşayış məntəqələrinə yaxınlaşır. Azərbaycanda da xüsusilə Şamaxı, Naxçıvan, eləcə də Qusar və Lerik kimi dağlıq bölgələrdə belə hallara rast gəlinir”.

Ekoloq əlavə edib ki, ayıların hücumları adətən özünümüdafiə məqsədi daşıyır və insanla qarşılaşmaq istəmədikləri üçün daha çox gecə saatlarında hərəkət edirlər.

“Mən bu yaxınlarda Naxçıvanın Şahbuz rayonunda müşahidə etdim ki, ayılar gecə kəndlərə enib meyvə yeyirlər. İnsanlarla qarşılaşmamaq üçün daha çox qaranlıqda hərəkət edirlər. Bu, onların təbii davranışıdır. Sadəcə, biz onların ərazisinə daha çox müdaxilə etdikcə, bu cür hadisələrin sayı artır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO