Mediada yer alan məlumatlara görə, Xalq yazıçısı, keçmiş səfir Elmira Axundova da Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olub. Məhz Ramiz Mehdiyevin dəstəyi ilə Elmira Axundova Azərbaycanın Ukraynaya səfiri təyin edilmişdi.
Qeyd edilir ki, onun Ukrayna səfir təyin edilməsindən sonra Ramiz Mehdiyevin Ukraynadakı biznesi “çiçəklənməyə” başlayıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Elmira Axundova demokrat.az-a açıqlamasında bu cür ittihamların əsassız olduğunu bildirib:
“Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir, bu, tam qərəzli və uydurmadır. Özü də gülməli, ciddi və özünə hörmət edən jurnalistlərə yaraşmayan uydurmadır. Belə uydurmalara ancaq və ancaq gülmək olar. Səfirləri Ramiz Mehdiyev deyil, cənab Prezident təyin edir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:58 / 21.10.2025
Ramiz Mehdiyevin yaxın adamı Elmira Axundova ittihamlara belə CAVAB VERDİ
Hazırda oxunan: Ramiz Mehdiyevin yaxın adamı Elmira Axundova ittihamlara belə CAVAB VERDİ
Hazırda oxunan: Ramiz Mehdiyevin yaxın adamı Elmira Axundova ittihamlara belə CAVAB VERDİ
576451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.