“Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib” – RƏSMİ AÇIQLAMA

“Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib” – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib” – RƏSMİ AÇIQLAMA

576392

“BakuBus” MMC bulvar ərazisində qəzaya uğrayan marşrut avtobusu ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı qurumdan bildirilib ki, hadisə bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, bulvar ərazisi yaxınlığında baş verib.

“BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb”, - açıqlamada qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO